Xəzər Xəbər

Abituriyentlərin nəzərinə

Cəmiyyət | 17:16 • 25 İyul 2019
Abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin dizayn ixtisası üzrə müsabiqəyə buraxılmış abituriyentlərə müraciət edir.


Mərkəzdən xezerxeber.az-a bildirilib ki, 14-cü komissiyanın dizayn ixtisası üzrə qabiliyyət imtahanında məqbul qiymət almış və I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək ümumi balı (iki mərhələ üzrə) 200 və daha yüksək, ikinci mərhələ üzrə balı 100 və daha artıq olan abituriyentlər I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə də müsabiqədə iştirak edə bilərlər.

Xəbər lenti