Xəzər Xəbər

İxtisas seçimi davam edir: 5 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Cəmiyyət | 12:23 • 25 İyul 2019
İxtisas seçimi davam edir:

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, bu gün saat 12:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 1621, II ixtisas qrupu üzrə 1071, III ixtisas qrupu üzrə 1316, IV ixtisas qrupu üzrə 476 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 714 nəfərdir.


Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

Xəbər lenti