Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Həkimlər piylənməyə səbəb olan əsas səhvləri sadaladı

Cəmiyyət | 686 | 11:34 • 16 İyun 2019
Həkimlər piylənməyə səbəb olan əsas səhvləri sadaladı

Rusiyanın Səhiyyə Nazirliyinin ştatdan kənar mütəxəssis-terapevti Oksana Drapkina, piylənməyə səbəb olan əsas vərdişləri qeyd etmişdir.

XəzərXəbər deyerler.org-a istinadən bildirir ki, artıq çəkinin əmələ gəlməsi uşaqlıqdan başlayır. Drapkina piylənmənin əsas səbəblərindən biri kimi enerjinin qəbulu və sərf olunmasını qeyd etmişdir.

İnsanlar normadan artıq qida qəbul edir, lakin onu fiziki aktiv olaraq sərf etmir. Yəni qidalanma vasitəsi ilə alınan enerjinin sərf olunması üçün uyğun fiziki aktivlik baş vermir. Nəticədə orqanizm, qidayla qəbul edilərək, lakin tam sərf edə bilmədiyi enerjini bədənin piy ehtiyatına çevirir.

Drapkina, həmçinin, şirələrin və qazlı suların daima şirin qidalara meyillilik yaratdığını bildirir. Bu da, öz növbəsində artıq çəkinin əmələ gəlməsinə səbəb olur.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021