Xəzər Xəbər

Sevdiyi qızı öldürüb, anasını yaralayan şəxsə hökm oxunub

Cəmiyyət | 13:23 • 26 Aprel 2019
Sevdiyi qızı öldürüb, anasını yaralayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


ONA-nın xəbərinə görə, Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, S. Qədimov 19 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Bakının Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi göndərib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Bu vaxt o, ov tüfəngi ilə A. Cəfərova və onun anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovaya atəş açıb. Gənc qız aldığı xəsarətdən ölüb, E.Cəfərovanın həyatını xilas etmək mümkün olub.

Xəbər lenti