Xəzər Xəbər

Alimlər piylənmənin gözlənilməz faydasını müəyyən ediblər

Cəmiyyət | 12:48 • 5 Mart 2019
Alimlər piylənmənin gözlənilməz faydasını müəyyən ediblər

İnsult keçirənlən arasında kök adamların yaşama şansı digərlərindən çoxdur. Bu barədə Amerikanın Nevrologiya Akademiyasının alimləri beyninə qan sızan minlərlə yaşlı adamlar üzərində müşahidələrdən sonra bəyan ediblər.

Məlum olub ki, piylənməsi olan xəstələr normal çəkililərdən 62 faiz daha gec həyatını itirir. Araşdırmaçılar hesab edir ki, ağır pristupdan sonra reabilitasiya uzanarsa, dolu adamların orqanizmində olan qidalandırıcı maddələr rezervi onlara kömək edir. Lakin bu hələ təsdiqlənməmiş versiyadır.

Qeyd edək ki, bundan əvvəl danimarkalı alimlər infeksion xəstəliyə yoluxan artıq çəkili insanların yaşama şansının normal kompleksiyalı insanlara nisbətən iki dəfə artıq olduğunu bəyan etmişdilər. Maraqlıdır ki, siqaret çəkmə, çəki dəyişikliyi və digər xəstəliklərin olması kimi faktorlar bu nəticəyə təsir göstərməyib. Ekspertlərin fikrincə, buna səbəb artıq çəkili insanların orqanizmlərində xəstəliklə mübarizə üçün daha çox enerji ehtiyatının olmasıdır.

Taybey Tibb Universitetinin nəzdində olan xəstəxanın və Texasda Con Piter Smit adına xəstəxananın elm adamlarının birgə keçirdikləri araşdırmalar zamanı isə məlum olub ki, pnevmaniya və sepsis zamanı artıq çəkili insanların yaşama şansı normal bədən quruluşuna malik insanlara nisbətən 29 faiz çoxdur./Faktxəbər

Xəbər lenti

Çox oxunanlar