Xəzər Xəbər

Azərbaycanda yeni zəli növləri aşkar edildi

Cəmiyyət | 10:25 • 21 Fevral 2019
Azərbaycanda yeni zəli növləri aşkar edildi

Azərbaycanda su hövzələrində ilk dəfə olaraq, 3 yeni zəli növü aşkar edilib.

Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov bildirib ki, ölkəmizin su hövzələrində "Erpobdellidae" fəsiləsinə aid olan zəli növlərinin - "Dina stschegolewi", "Dina lineata" və "Dina cf. Farsa"nın olduğu müəyyən edilib.

M.Hüseynov bildirib ki, Azərbaycanda hirudofauna indiyə qədər öyrənilməyib: "Ədəbiyyatlarda verilən məlumatlara görə isə hidrobioloji tədqiqatlarda indiyədək Azərbaycanın şirin sularında 15 növ, Xəzərdə 3 növ zəli qeydə alınıb. Bizim yeni tədqiqatlarımız "Dina stschegolewi" növünün Cənubi Qafqazda və Şimali İranda geniş yayıldığını göstərir. Bundan başqa, onun yayılma modelinin Qara və Xəzər dənizlərinin çay hövzələri ilə bağlı olmasını düşünürük".(trend.az)

Xəbər lenti

Çox oxunanlar