Xəzər Xəbər

Bu yay ən isti yay olacaq

Cəmiyyət | 15:32 • 8 Fevral 2019
Bu yay ən isti yay olacaq

Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb

Bu yay tarixdə ən isti yay ola bilər. Son 5 ildə planetdə temperatur 1C və daha çox yüksələ bilər. Bu barədə Britaniyanın Met Office meteo xidməti məlumat yayıb.

Ekspertlər hesab edir ki, 2019-2023- illərdə XIX əsrin iqlim göstəriciləri 1,03-1,57 C yüksələcək.

Qeyd edək ki, 1850-1900 illərlə müqayisədə ilk qlobal istiləşmə 2015-ci ildə qeydə alınıb. Sonrakı illərdə də istiləşmə tendensiyası qorunub saxlanılıb.

Alimlərin fikrincə 2014-2024-cü illər son 150 ilin ən isti onilliyi olacaq.

Xatırladaq ki, Paris razılaşmasına görə, istiləşmənin 1,5 C səviyyədə saxlanılması planlaşdırılır.

Ümumiyyətlə son 22 ilin 20 ili çox isti illəri kimi qəbul edilib. Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb./sputnik.az

Xəbər lenti