Xəzər Xəbər

Xəzər dənizinin sahili tullantılardan təmizlənir - FOTO

Cəmiyyət | 15:15 • 29 Sentyabr 2018
Xəzər dənizinin sahili tullantılardan təmizlənir -

Sentyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının və könüllülərin iştirakı ilə Beynəlxalq Dəniz Günü və "Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Novxanı sahilinin bir hissəsində iməcilik keçirilib.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aksiyada 3 hektardan artıq sahil zolağı plastik və məişət tullantılarından təmizlənib. Nazirlik tərəfindən belə maarifləndirici aksiyalar digər Xəzərsahili zonalarda da təşkil edilib.


Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabrın sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

Xəbər lenti

Çox oxunanlar