Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 09:16 • 21 Sentyabr 2018
Bu günün havasından xəbəriniz olsun!
Ölkə ərazisində bu günə gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.

Xəbər lenti