Xəzər Xəbər

DİQQƏT! Bu gecədən güclü külək əsməyə başlayacaq

Cəmiyyət | 16:44 • 5 İyul 2018
DİQQƏT!

"Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək".

Bunu açıqlamasında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

O bildirib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra iyul ayının 5-dən 6-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb və şimal küləyinin gülənəcəyi proqnozlaşdırılır: "Bu proses nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək".

Regionlarda olan hava şəraitinə gəlincə, mütəxəssis deyib ki, dağlıq və dağətəyi rayonlarda iyul ayının 6-7-8-də qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur: "Bəzi rayonlarda qərb küləyinin güclənməsi proqnozlaşdırılır".

Xəbər lenti