Xəzər Xəbər

Magistratura imtahanında ən yüksək bal topladı

Cəmiyyət | 13:14 • 6 İyun 2018
Magistratura imtahanında ən yüksək bal topladı

Bakı Mühəndislik Universitetində təhsil və tədrisin yüksək olması məzunlarının əmək bazarında asanlıqla iş tapmaları ilə yanaşı magistraturaya qəbul imtahanında da özünü göstərir. Hər il DİM –in təşkil etdiyi magistraturaya qəbul imtahanında BMU-nun bakalavr məzunları yüksək nəticə göstərirlər. Bu il də magistraturaya qəbul imtahanında universitetimizin "Maliyyə" ixtisasının sonuncu kurs tələbəsi Bəxtiyar Zeynalov 138 bal toplayaraq Respublika birincisi olmuşdur. Bəxtiyar Zeynalov 1997-ci ildə anadan olub. Bakı şəhəri M.Hüseynzadə adına 3 saylı məktəbdən məzun olub. O, universitetə qəbul imtahanında 677 bal toplayaraq Bakı Mühəndislik Universitetinin maliyyə ixtisasını seçib. Bəxtiyar Zeynalovun bakalavr təhsili zamanı ümumi orta qiyməti 100 ballıq sisstem üzrə 88 olmuşdur.


Xəbər lenti