Xəzər Xəbər

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır

Cəmiyyət | 14:19 • 5 Mart 2018
İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır

Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır.

Xezerxeber.az məlumat verir ki, bunu təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov martın 5-də jurnalistlərə açıqlamasında deyib.

Beynəlxalq tədqiqat meyarlarının yeni dərslik konsepsiyasında nəzərə tutulacağını bildirən C.Bayramov deyib: "Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək”.

Xəbər lenti

Çox oxunanlar