Xəzər Xəbər

Korlanan, zədələnən məhsullar insan istifadəsi üçün yarasız sayılacaq

Cəmiyyət | 15:48 • 9 Fevral 2018
Korlanan, zədələnən məhsullar

Yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahəsində müvafiq normativ hüquqi aktların tələbləri tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Qanuna təklif edilən əlavəyə görə, qida təhlükəsizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşıdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunacaq.

Qanuna təklif edilən digər dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükısizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəməyə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəməyə qaydası ilə həll edilir.

Xəbər lenti