Xəzər Xəbər

Naxçıvandan Bakıya 21 minə yaxın sərnişin daşınıb

Cəmiyyət | 10:01 • 10 Yanvar 2018
Naxçıvandan Bakıya 21 minə yaxın sərnişin daşınıb

Muxtar respublikada avtomobil nəqliyyatı infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması diqqət mərkəzindədir.

XəzərXəbər-in məlumatına görə, 2017-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət gücləndirilmiş, Türkiyə Respublikasının "Metro” və "İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasının İqdır şəhərinə avtobus
marşrutu açılıb.

Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 20 min 685, Bakıdan Naxçıvana isə 20 min 964 sərnişin daşınıb. Muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilib, 135 marşrut xətti üzrə rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

Xəbər lenti

Çox oxunanlar