Xəzər Xəbər

Binəqədi yolunu bu cür görməmisiniz FOTOLAR

Cəmiyyət | 15:13 • 21 Dekabr 2017
Binəqədi yolunu bu cür görməmisiniz

Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb.

Bu barədə XəzərXəbər-ə BNA-nın şöbə rəisi Mais Ağayev məlumat verib.

Məlumata görə, İlkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib.

Qeyd edək ki, görülən işlər Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi ilə birgə həyata keçirilib.

Xəbər lenti