Xəzər Xəbər

Boşanmaların sayı kəskin artır Bu il 12191 ailə dağılıb

Cəmiyyət | 15:55 • 14 Dekabr 2017
Boşanmaların sayı kəskin artır

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

Xəbər lenti