Xəzər Xəbər

NASA astronavtı Bakıda: “Ulduz müharibələri” olmayacaq

Cəmiyyət | 12:41 • 11 Dekabr 2017
NASA astronavtı Bakıda:

NASA-nın qadın astronavtı, "Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ölkəmizdə səfərdədir. Səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.

Amerikalı astronavt səfər çərçivəsində dekabrın 11-də Bakı Amerika Mərkəzində KİV nümayəndələri ilə görüşüb.

Görüşdə H.Payper fəaliyyəti barədə məlumat verib, fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Azərbaycana ilk dəfə gəldiyini deyən H.Payper ölkəmiz haqqında təəssüratını bölüşüb.

Sonra suallar cavablandırılıb.

Xəbər lenti