Xəzər Xəbər

Diş əti ağrısını anında kəsir XALQ TƏBABƏTİ

Cəmiyyət | 13:53 • 5 Oktyabr 2017
Diş əti ağrısını anında kəsir

Diş əti ağrısına səbəb olan bir çox faktor var.

Diş ətiqanamaları, allergik reaksiyalar, immunitet sisteminin zəifləməsi, diş əti iltihablanması və s. diş əti ağrılarına səbəb olur. Müalicə olunmayan diş ətləri pis ağız qoxusu yaradır.

Bu ağrılardan xalq təbabəti üsulları ilə xilas ola bilərsiniz. Bunun üçün küncüt yağını 20 dəqiqə ərzində ağzınızda çalxalayın. Çörəkotu və sirkəni qaynadaraq qarqara edə bilərsiniz. Bununla yanaşı, ən məşhur üsullardan duzlu su ilə qarqara etmək olar. İlıq suya bir miqdar duz əlavə edib 2 dəqiqə çalxalayın.

Həkimlər deyir ki, dişlərinizi gündə ən azı 2 dəfə fırçalayın. Daha yumşaq diş fırçası seçin.Ciyər, ispanaq, süd və süd məhsulları, A və C vitaminləri ilə zəngin qidalar dişlərinizin sağlam olmasına yardımçı olacaq. Tütün qəbulunu azaldın və alkoqol istifadə etməməyə çalışın.

Metbuat.az

Xəbər lenti

Çox oxunanlar