Xəzər Xəbər

Əsəbləriniz sağlamdırmı? Gəlin yoxlayaq!

Cəmiyyət | 14:13 • 25 Sentyabr 2017
Əsəbləriniz sağlamdırmı?

İnsan yaşadıqca müxtəlif problemlərlə üzləşir. Bu problemlərin həll yollarını axtarıb tapdıqca, digər problemlərin ortaya çıxması istər-istəməz insanın sinir sistemində öz izini qoyur. Uzun müddət fiziki və zehni yorğunluq, əsəbi gərginlik insanın sinir sistemini korlayır.

XəzərXəbər immunitet.az-a istinadən bildirir ki, əsəb sistemi xəstəliklərinin əlamətləri aşağıdakılardır:
* daima gərginlik
* yuxusuzluq
* əsəbilik
* iştahanın çox olması və ya olmaması
* əllərdə və ayaqlarda titrəmələr
* ürəkdöyünmə
* tez özündən çıxma və ya özünə qapanma
* fiziki həvəssizlik
* kəmhövsələlik
* tələskənlik
* tənbəllik
* adi səslərdən belə səksənmə
* sevinc hissinin olmaması.
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən biri vardırsa, mütləq əsəb həkiminə müraciət etməniz vacıbdir.

Xəbər lenti

Çox oxunanlar