Xəzər Xəbər

Sinoptiklərdən xoş xəbər: 4 gün hava sərin olacaq

Cəmiyyət | 12:46 • 14 Avqust 2017
Sinoptiklərdən xoş xəbər:

Avqustun 15-dəBakıda və Abşeron yarımadasında havanındəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti,Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan,Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-16- da Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxıntemperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox olması narahatlıq hissiyarada bilər.

Gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağışyağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyigündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz32-37° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Sinoptiklər hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq da edib. Qeyd olunub ki, avqustun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 18-dək bəzi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti