Xəzər Xəbər

Həftə sonu Azərbaycanda isti hava şəraiti davam edəcək RƏSMİ

Cəmiyyət | 16:32 • 3 Avqust 2017
Həftə sonu Azərbaycanda isti hava şəraiti davam edəcək

"Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova belə deyib.

O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: "Paytaxtda mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: "Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”.(report)

Xəbər lenti