Qoç -
uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə
salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə
önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.
Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə
və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər
verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.
Kobudluq münasibətləri korlaya bilər.
Buğa
- yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə
fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər.
Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Çətin situasiyada lider olun.
Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər
artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna
deyil.
Əkizlər
- kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına
işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini
aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin.
İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz
insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng
- gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda
məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər.
Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə
imkan verməyin.
Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar
işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.
Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın.
Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi
günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq
məcburiyyətindəsiniz.
Şir
- səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza
və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın,
detallarını ayırd edin.
Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə
həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət
qayğıları artacaq. Problemlərin sayı artır.
Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın.
Qız
- problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil.
Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu
oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.
Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları
duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın.
Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi -
daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi
üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə
edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi
düşünməyin.
Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.
Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin.
Əqrəb
- çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi
reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv
layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran
öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.
Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın.
Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın.
Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.
Axşam saatlarında normal istirahət edin.
Oxatan
- pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr
davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ
fikirlərə qapılmayın.
Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir
verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq
olmamalıdır.
Axşam saatlarında səhhətinizə fikir verin.
Oğlaq -
maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli
olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli
irəliləyişə nail olacaqsınız.
Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin
yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər
istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha
çeşidli edin.
Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın.
Dolça
- günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı
məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli
insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari
problemlərin həllində hövsələli olun.
Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin
vədlərə aldanmayın. Mübhəmləri bölüşməyə tələsməyin. Qarşı tərəfin fikir
və istəklərini qulaqardına vurmayın.
Balıqlar
- günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa
başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız.
Qüvvənizə və potensialınıza şübhə etməyin.
Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz.
Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək.
Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv
baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin.