Xəzər Xəbər

4122 hepatitli xəstə dövlət hesabına müalicə alır

Cəmiyyət | 13:59 • 12 İyul 2017
4122 hepatitli xəstə dövlət hesabına müalicə alır

2016-cı ildə ilk dəfə hepatit virusu diaqnozu qoyulmuş xəstələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən il ölkə üzrə virus hepatiti ( A, B, C və digər formaları) diaqnozu cəmi 319 nəfərə qoyulub:

"Onlardan 207 nəfəri kişi, 112 nəfəri qadındır”.

R.Süleymanovun sözlərinə görə, kəskin C hepatiti diaqnozu qoyulan 120 xəstə var:

"Onlardan 0-17 yaşda olan uşaqların sayı 2-dir”.

2016-cı ildə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.

Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiyanın məlumatlarına görə, hazırda 4122 hepatitli xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.

Xəbər lenti

Çox oxunanlar