Xəzər Xəbər

Azərbaycanda nə qədər yeni avtomobil satılıb? – ARAŞDIRMA

Araşdırma | 14:04 • 7 Aprel 2017
Azərbaycanda nə qədər yeni avtomobil satılıb? –

2016-cı ildə Azərbaycanda satılan yeni avtomobillərin sayı məlum olub. Fins.az-ın avtomobil bazarından əldə etdiyi məlumatlara əsasən ötən il Azərbaycanda 33 marka üzrə 5 746 avtomobil satılıb. Satışların həcminə görə Rusiya, Çin və Cənubi Koreya avtomobilləri bazarın əsas liderləridir.

Azərbaycanda ən çox "Lada”lar satılıb - 1797 avtomobil

Rus markası "Lada”ların Azərbaycanda satışları ötən il 50% azalsa da, 1797 yeni maşınla bazarın lideri olmağı bacarıb. "Lada”ların bazar üzrə payı isə 31,2% təşkil edib.

"Changan" 11,2% bazar payı ilə 2-cidir

Siyahıda ikinci yeri iqtisadi böhran ərəfəsində Azərbaycanda məşhurlaşan Çin avtomobili olan "Changan” tutub. Marka ötən il Azərbaycanda 648 avtomobil satışı ilə 11,2% bazar payına sahib olub. Bu isə kifayət qədər böyük göstəricidir.

"Hyundai” 3-cü oldu

Avtomobil bazarının durğunluq yaşadığı 2016-cı ildə "Hyundai” markasında da xeyli sayda yeni avtomobil satılıb. Bu markanın Azərbaycanda kifayət qədər məşhur olması qiymətlərin manatla artmasına baxmayaraq satışlara görə 3-cü pillədə qərarlaşmasına səbəb olub. Ötən il Cənubi Koreya avtomobil markası ölkədə 601 avtomobil satıb.

İlk beşliyi "Toyota” və "Kia”lar tamamlayır

Satışların həcminə görə, ilk beşlikdə 8,7% bazar payı ilə "Toyota” və 7,9% bazar payı ilə "Kia” yer alıb. Belə ki, ötən il Azərbaycanda 505 yeni "Toyota” və 457 "Kia” satılıb.

Yerli avtomobil satışlara görə 11-ci olub

Maraqlıdır ki, Azərbaycanın milliləşdirmək istədiyi Naxçıvan Avtomobil Zavodunda yığılan "Naz Lifan” avtomobilləri satışların həcminə görə, bir sıra markaları qabaqlayaraq 11-ci olub. Ötən il avtomobil zavodu 165 yeni "Naz-lifan” satıb. Fins.az-ın məlumatına görə, "Naz Lifan” avtomobillərinin əsas satışı dövlət sifarişləri ilə bağlı olub.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti