Xəzər Xəbər

Əmircan qəsəbəsinin yığılıb qalan su PROBLEMİ VİDEO

Veb TV | 21:40 • 20 İyun 2025
Əmircan qəsəbəsinin yığılıb qalan su PROBLEMİ

Qəsəbənin yarısında su var, digər yarısı içməli suya həsrətdir... İçməli su üçün mağazalara üz tutanlar da var, quyudan su daşıyanlar da...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi Molla Pənah Vaqif küçəsi 4 ünvanındandır.

Sakinlər deyirlər ki, yaşadıqlar ünvanda yaşanan problem tək bu deyil, su xətləri köhnədir, boruların dəyişdirilməsinə ehtiyac var. Bundan başqa, məhəllənin asvalt ötrüyü dağılıb, hasarlar uçub.

Əmircan qəsəbəsi üzrə nümayəndəliyin rəsmisi Vilayət Qafarov "Xəzər Xəbər"ə bildirib ki, problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətinə müraciət olunacaq. O, məhəllənin abadlaşdırlması ilə bağlı artıq müvafiq layihə çərçivəsində tədbirlərə başlanıldığını da qeyd edib.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən isə bildirildi ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı bir çox ərazilərdə su fasilələrlə verilir. Artıq təmir işləri başa çatıb və anbarların lazımi həcmdə su ilə təmin olunmasından sonra abonentlərə suyun ötürülməsi mərhələli şəkildə bərpa olunacaq.

O ki qaldı köhnə su xətlərinin yeniləri ilə əvəz olunmasına, qurumdan bildirildi ki, layihə əsasında bu işlər də mərhələli şəkildə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar