Xəzər Xəbər

Son günlər sahibsiz itlərin insanlara hücumu çoxalıb - İDEA hərəkətə keçdi VİDEO

Veb TV | 21:35 • 20 İyun 2025
Son günlər sahibsiz itlərin insanlara hücumu çoxalıb - İDEA hərəkətə keçdi

Son bir həfətədə sahibsiz itlər 5-6 nəfərə hücum çəkib.

Xezerxeber.az xəbər verir ki, bu ərazinin sakinləri evdən bayıra çıxmağa qorxurlar. Söhbət Nəsimi rayonun Tbilisi pr. 1058 ünvanından gedir.

Sakinlərin sözlərinə görə, itlər son bir həftə ərzində bir neçə nəfər xəsarət də yetiriblər.

10-a yaxın çoxmərtəbəli binanın yerləşdiyi ərazidə olan sahibsiz itlər sakinlərin canını boğazına yığıb.

Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin yerdə itlərin toplaşdığı nəzarətsiz ərazi şəxsi mülk olduğu üçün qurum oraya heç bir müdaxilə edə bilmir.

Qaldı ki, sahibsiz itlərin ərazidə toplanması məsələsinə, İDEA qayğı mərkəzindən qeyd olundu ki, ərazi nəzarətə götürüləcək, lazımi tədbirlər qısa müddətdə həyta keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar