Bu günə qədər 600-dən çox Azərbaycan vətəndaşı sərhədi keçmək üçün müraciət edib.
Xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, İranda olan Azərbaycan vətəndaşlarının ölkədən təhlükəsiz çıxışı təmin olunur, təxliyələr aparılır.
Azərbaycan tərəfi İranı tərk etmək istəyən şəxslərin quru sərhədlər vasitəsilə keçidi üçün də rəsmi icazələrin alınması istiqamətində danışıqlar aparır deyə mətbuat katibi qeyd edib.
Rusiya, Birləşmiş Krallıq, Kanada və İtaliyanın xarici işlər nazirləri də Azərbaycana göstərdiyi humanitar dəstəyə görə minnətdarlıqlarını bildiriblər,- deyə XİN sözçüsü vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.