Çimərlik mövsümü başlamazdan əvvəl dəniz suyundan nümunələr götürülüb. Bəzi ərazilərdə normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər.
Qurumun kommunal-gigiyena bölməsinin həkim-gigyenisti Ziyəddin Kazımov bildirib ki, yay mövsümünə hazırlıq çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.