Xəzər Xəbər

Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır VİDEO

Veb TV | 21:55 • 19 İyun 2025
Azərbaycanın bu regionunda şəkər tozu qıtlığı yaşanır

Tovuzda  artıq bir neçə gündür ki, şəkər tozu qıtlığı yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, rayonun kəndlərində yerləşən mağaza və marketlərdə şəkər tozu tapılmır.

Cəmi bir marketdə şəkər tozu yalnız 50 kq-lıq kisələrdə satılır. Bu da alıcıların büdcələrinə uyğun gəlmir.

Sakinlər iddia edirlər ki, meyvə mövsümündə hər il olduğu kimi bu il də şəkər tozuna tələbat artıb. Çünki mürəbbə və kompotlar məhz şəkər tozları ilə hazırlanır.

Satıcılar da şəkər tozunun nə vaxt gələcəyindən xəbərsizdirlər. Onların sözlərinə görə, hər üç müştəridən ikisi şəkər tozu istəyir. Şirkətlər isə mağazalara  yaxın günlərdə şəkər tozunun gələcəyini bildiriblər.

Məhsulun qiymətində isə hələki artım müşahidə olunmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar