Azərbaycan belə bir həssas bölgədə yerləşdiyi üçün onun sərhəd siyasəti yalnız daxili yox, regional təhlükəsizlik kontekstində də qiymətləndirilməlidir. İsrail-İran müharibəsi fonunda sərhədlərin açıq olması dövlətə müxtəlif təhdidlərin asanlıqla daxil olması üçün zəmin yarada bilərdi.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Elçin Mirzəbəyli deyir ki, açıq sərhədlər, xüsusilə də qeyri-sabit qonşu ölkələrlə müxtəlif casusluq, təxribat və hətta silahlı keçid halları üçün imkan deməkdir. Sərhədlərin bağlı qalması bu riskləri minimuma endirir və təhlükəli elementlərin ölkəyə sızmasının qarşısını alır.
Millət vəkili bildirib ki, bəziləri sərhədlərin bağlı olmasını tənqid edir, bu qərara qarşı çıxırdı. Lakin artıq hamı sərhədlər niyə açılmır sualının cavabını öyrənmiş oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.