Azərbaycanda çimərlik mövsümü başlamazdan əvvəl çimərliklərdə monitorinq aparılıb, dəniz suyundan nümunələr götürülüb.
Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal-gigiyena bölməsinin həkim-gigyenisti Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, yoxlama zamanı Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun aşağı Nüvədi qəsəbəsi və Şütəmurdov kəndində yerləşən çimərliklərdə normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.