Kişi təmir sexində öz maşını ilə divar arasında qalaraq ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Şabranın Sincanboyad kəndində baş verib. Avtomobili nasaz olan sürücü yaxınlıqdakı təmir sexinə gedib. Faciə də elə bu vaxt baş verib.
Mərhumun yaxınları bildirir ki, Ədalət Nəcəfov digər yük avtomobilinin sürücüsünə, avtomobili təmir sexinə yerləşdirmək üçün köməklik göstərib. Lakin bir anda yük avtobili idarəetmədən çıxıb və faciə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.