Xəzər Xəbər

Kürdəmirdə kəndlər və şəhər mərkəzi susuz qaldı VİDEO

Veb TV | 21:55 • 16 İyun 2025
Kürdəmirdə kəndlər və şəhər mərkəzi susuz qaldı

Su borusu partladı, 4 kənd və şəhər ərazisi susuz qaldı.

Xezerxeber.az xəbər verir ki, Kürdəmirdə şəhər ərazisini və kəndi içməli su ilə təmin edən magistral su borusu partlayıb. Hadisə axşam saatlarında magistral borunun Ağsu rayonunun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Dərhal hadisə yerinə Kürdəmir su melorasiya sistemlərinin istismarı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Su xəttində baş vermiş problemin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar