Xəzər Xəbər

Aktrisanı vurub qaçan skuter sürücüsü 10 gün sonra saxlanıldı, telefonla üzr istədi VİDEO

Veb TV | 21:30 • 15 İyun 2025
Aktrisanı vurub qaçan skuter sürücüsü 10 gün sonra saxlanıldı, telefonla üzr istədi

Aktrisanı vurub qaçan skuter sürücüsü hadisədən 10 gün sonra saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovadan gedir. İyunun 6-da aktrisa Səbail rayonu ərazisində axşam saatlarında yolu keçmək istəyərkən onu skuter vurub. Həmin vaxt sürücü yaralı qadına kömək etmək əvəzinə, hadisə yerindən qaçıb.

Həmin vaxt ətrafdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilən aktrisa İradə Rəşidova artıq evə buraxılıb.

Aktrisa "Xəzər xəbər"ə açıqlamasında onu skuterlə vuran şəxsin telefonla üzrxahlıq etdiyini bildirib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar