Xəzər Xəbər

Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər VİDEO

Veb TV | 20:23 • 11 İyun 2025
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər

Azərbaycanda 3 uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov hesab edir ki, çoxuşaqlı ailə məsələsinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, yenilik olarsa, həmin ailələr həm 315 manat müavinət ala bilər, həmçinin analar, bəzi hallarda isə atalar daha tez, yəni güzəştli şərtlərlə pensiyaya çıxmaq imkanı qazana bilərlər.

Qanun  layihəsinə dəyişiklik  qəbul  olunarsa  o zaman həmin ailələrdə valideynlərin 3 il daha daha tez pensiyaya çıxa biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar