Xəzər Xəbər

Avtoyuma məntəqəsində ölüm hadisəsi baş verib VİDEO

Veb TV | 19:50 • 11 İyun 2025
Avtoyuma məntəqəsində ölüm hadisəsi baş verib

Bakıda fəaliyyət göstərən avtoyuma məntəqəsində kişini elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki avtoyuma məntəqələrindən birində baş verib. Məlumata görə, müştərinin avtomobilini yumaq istəyən şəxsi elektrik cərəyənı vurub.

Hadisədən sonra əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək baxış keçiriblər. Avtoyumaya elektrik enerjisinin verilişi dayandırılıb. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar