Xəstə əməliyyatdan 19 gün sonra ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib. Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona "vazospazm" - yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub. Uzun sürən müalicələrdən sonra isə bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub.
Mayın 20-də isə Vəfa Yunosova elə əməliyyyat olunduğu xəstəxana dünyasını dəyişib. Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.
Mərhumun qardaşı deyir ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib. Hətta iddia edir ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb. Həmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır.
Səsləndirilən iddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli ilə əlaqə saxladıq. O, "Xəzər Xəbər"ə açıqlamasında Vəfa Yunosovanı "vazospazm" səbəbindən itirdiklərini bildirdi.
Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.