Səbail rayonundakı 1825-ci ilə mənsub binada yerləşən körpələr evi uşaq bağçasının təmirsiz vəziyyəti sakinləri təngə gətirib.
Xezerxeber.az xəbər verir ki, bağçanın sanitar qovşağından axan çirkab sular sakinlərin mənzillərini yarasız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının tavanından döşəməsinə, çərçivəsindən pəncərə və şüşəsinədək təmirə ehtiyacı olduğu bildirilir.
Adil İsgəndərov 17,ev 3 mənzil 3 ünvanında yaşayan Rəsmiyyə Bədəlova deyir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət olunub.
Sakinlər küləkli havada evdən baylra çıxa bilmədiklərini deyir.
Onlar iddia edir ki, bağçanın eyvanındakı çərçivələr və şüşələr havalar dəyişəndə onlar üçün daha təhlükəli vəziyyət yaradır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.