Xəzər Xəbər

İranın Ermənistandakı səfiri yenə öz ampulasında VİDEO

Veb TV | 21:10 • 23 May 2025
İranın Ermənistandakı səfiri yenə öz ampulasında

İranın Ermənistandakı səfiri yenə öz ampulasındadır.

Xezerxeber.az xəbər verir ki, səfir Mehdi Sübhani Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmağa cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualına cavab verərkən deyib  ki, heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq.

Erməni təəsübkeşliyinin dərin kök saldığı səfir, Azərbayacanla İran arasındakı güclənən  əlaqələri, keçirilən ortaq hərbi təlimləri, verilən rəsmi açıqlamaları görmək istəmir və hər dəfə açıqlamasında Zəngəzur dəhlizinə etiraz edərək bunun mümkün olmayacağını deyir.

Səfir Mehdi Sübhani Ermənistanı bölgənin nəqliyyat qovşağı kimi görür. O rəsmi Tehranın mövqeyinə tərs fikirlər səsləndirməyə davam edir. Sübhanı hesab edir ki, Ermənistandan Qara dənizə yol Azərbaycan ərazisindən daha qısadır.

2023-cü ilin Mart  ayından Ermənistana səfir  təyin edilən Mehdi  Sübhani bəzi məlumatlara  görə çoxsaylı hesabatlar  hazırlayaraq Tehrana göndərib. Bu  hesabatlarda səfir vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı sürətli şəkildə silahlandırılmalıdır. Hətta  bu silahların  satılmasını yox, hədiyyə kimi verilməsini istəyib.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar