Xəzər Xəbər

Sığortası olan avtomobilə cərimə yazılıb VİDEO

Veb TV | 09:41 • 23 May 2025
Sığortası olan avtomobilə cərimə yazılıb

Avtomobilinin icbari sığortası qüvvədə olduğu halda ona elektron qaydada cərimə yazılıb. Belə bir vəziyyətlə paytaxt sakini Məhəmməd Fərzəliyev üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü deyir ki, ''99-SS-806'' dövlət qeydiyyat nişanlı avtomobilinin sığorta sənədlərini vaxtında və qanunauyğun şəkildə rəsmiləşdirib. Ancaq buna baxmayaraq, ona avtomobilinin icbari sığortasının vaxtının bitməsinə görə cərimə yazılıb.

Sürücü deyir ki, əvvələr başqasının cəriməsi onun avtomobilinə gəlirmiş. Yəni belə hallarla bağlı yol polisinə müraciət edib və cəriməni inzibati xətanı törədən sürücüyə yönəldiblər.

Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu  İsrəfilli "Xəzər Xəbər"ə bildirdi ki, Məhəmməd Fərzəliyevin idarə etdiyi avtomobilə əsassız protokol tərtib edilməsi ilə bağlı iddialar araşdırılıb. Müəyyən olunub ki, ona məxsus avtomobilin icbari sığortası barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində mövcud deyil. Onu da bildirdilər ki, həmin şəxs bu halın bir də təkrarlanmaması üçün müvafiq sığorta qurumuna müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar