Xəzər Xəbər

Neft kəmərlərinin üzərindəki keçid sakinlər üçün təhlükə yaradır VİDEO

Veb TV | 21:38 • 22 May 2025
Neft kəmərlərinin üzərindəki keçid sakinlər üçün təhlükə yaradır

Metronun “Koroğlu” stansiyasının çıxış hissəsində sakinlərin “Qara Qarayev” tərəfə keçmək üçün istifadə etdikləri yol neft kəmərlərinin üzərindən keçir. Yəni kəmərlərin üzərindən keçid salınıb. Amma keçid heç bir təhlükəsizlik standartlarına cavab vermir. Sakinlər bu barədə "Xəzər Xəbər"ə şikayət ediblər. Onlar ərazidə daha müasir keçidin  inşasını istəyirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, sözügedən keçid onlar üçün təhlükəli vəziyyət yaradır.

Onların sözlərinə görə, keçid 1950-ci illərdən ərazidə mövcuddur.

Sakinlər onu da bildirirlər ki, keçidin dar və sürüşkən olması təhlükəli vəziyyət yaradır. Yaxınləqda yaşayanlar üçün buradan keçmək təhlükəli olduğundan əksər sakinlər evlərinə piyada yox avtobusla getməyə məcbur olurlar.

Odur ki, onlar ərazidə daha müasir standartlara uyğun, təhlükəsiz keçidin tikilməsini istəyirlər.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar