Mingəçevirdə, şəhərin “Günəşli” yaşayış massivində, Rəşad Bayramova məxsus evdə partlayış baş verib. İlkin ehtimala görə, 4 nəfərin yaşadığı evdə partlayış qaz sızmasından baş verib.
Xezerxeber.az-ın məlumatına görə, partlayışın gücündən evin dam ötrüyü divardan aralanıb. İri daş parçaları da otaqlara tökülüb.
Hadisə zamanı həyəcan keçirən ev sahibinin həyat yoldaşına təcili tibbi yardım briqadası kömək göstərib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.