Xəzər Xəbər

Bakı sakini həyətini fermaya çevirib - Qonşular antisanitar vəziyyətdən narazıdırlar VİDEO

Veb TV | 21:21 • 22 May 2025
Bakı sakini həyətini fermaya çevirib - Qonşular antisanitar vəziyyətdən narazıdırlar

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən fermanın üfunəti ətrafı bürüyür. Ona görə də ərazidə yaşayan sakinlər mövcud vəziyyətdən şikayət edirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, qonşuluqdakı tövlə təmizlənmədiyindən evdə və küçədə natəmizlik hökm sürür.

Onların sözlərinə görə, maldarlıqla məşğul olan qonşuya dəfələrlə iradlarını bildirsələr də, heç bir xeyri olmayıb.

Qonşuların gileyini dinlədikdən sonra üz tutduq sözügedən təsərrüfata.

Təsərrüfat sahibi Hican Muradov suallarımızı cavablandırmaqdan imtina etsə də, maldarlıqla özünün yox, yaşlı anasının məşğul olduğunu bildirdi.

Məsələ ilə bağlı Binə Qəsəbəsi üzrə İcra Nümayəndəliyinə də müraciət etdik. Nümayəndəlikdən "Xəzər Xəbər"ə bildirildi ki, həmin sakinin həyətinə baxış keçiriləcək və onunla danışıq aparılacaq. Tədbir görülməyəcəyi tədqirdə əlaqədar qurumlara məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar