Xəzər Xəbər

Azərbaycanda "putyovka" götürmək istəyənlərin sayında ARTIM - Növbələr yaranıb VİDEO

Veb TV | 21:40 • 21 May 2025
Azərbaycanda "putyovka" götürmək istəyənlərin sayında ARTIM - Növbələr yaranıb

Kimisi Şəkidən, kimisi Bakıdan, kimisi Sumqayıtdan gəlib... Yollayış almaq üçün gələn təqaüdçülər yay aylarında kurort istirahət mərkəzlərinə getmək üçün növbə gözləyirlər...

İndiyədək vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək göndəriş ala bilirdilər. İndi isə qaydalar dəyişib. Vətəndaşlar da xeyli növbə gözləməli olduqlarını deyirlər. Yollayışların yalnız payız üçün verildiyini iddia edənlər də olub.

Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Elkiyar Ziyadov bildirib ki, artıq bir müddətdir yollayışların verilməsi prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər. Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsinə və sosial statusuna dair məlumatlar, eləcə də iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir.

Elkiyar Ziyadov yaşı 65-dən çox olan şəxslərə yollayışların yalnız payızda verilməsilə bağlı səsləndirilən iddiaların isə həqiqətə uyğun olmadığını deyib. Qeyd edib ki, müraciətlər növbəlilik prinsipi ilə reallaşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar