Xəzər Xəbər

Adına 2600 manat birdəfəlik müavinət təyin edilən internat məzununa ödənişi niyə vermirlər? VİDEO

Veb TV | 21:30 • 21 May 2025
Adına 2600 manat birdəfəlik müavinət təyin edilən internat məzununa ödənişi niyə vermirlər?

Adına müavinət təyin edilsə də, ödənişini ala bilmir.

Belə bir iddia ilə Kərim Heydərov adlı şəxs “Xəzər Xəbər”ə müraciət edib.

O bildirir ki, Sabunçu rayonu 1 saylı xüsusi ümumtəhsil internat məktəbinin məzunudur, valideyn himayəsindən məhrumdur. Lakin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik 2600 manatı ala bilmir

Kərim Heydərov bildirir ki, müavinəti almaq üçün ötən ilin sentyabrından aidiyyəti qurumlara ərizə ilə də müraciət edib, lakin hələ də nəticəsi yoxdur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki,  vətəndaşın adı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında siyahıda mövcuddur. Kərim Heydərov bank rekvizitləri, həmçinin valideyn himayəsindən məhrum olduğunda dair müvafiq sənədlərini götürərərk Bakı Şəhər üzrə Təhsil İdarəsinə təqdim etməlidir. Bundan sonra onun üçün nəzərdə tutulan 2600 manat birdəfəlik müavinətin ödənişi həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar