Xəzər Xəbər

Qohum nikaları ilə bağlı qadağa nəticə verməsə... – Parlamentdə qızğın müzakirələr VİDEO

Veb TV | 21:25 • 21 May 2025
Qohum nikaları ilə bağlı qadağa nəticə verməsə... – Parlamentdə qızğın müzakirələr

Qohum evlilikləri ilə bağlı qadağa bu il iyulun 1-də qüvvəyə minəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı bildirilib.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir.

O da bildirilib ki, ötən il ərzində Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Ötən il  1 228 qadın məişət zorakılığı cinayətindən zərər çəkib. Qadınlara qarşı cinayət törədən 2 745 nəfər məsuliyyətə cəlb olunub.

"Gender bərabərliyinin təminatları haqqında" qanuna dəyişiklik layihəsi hazırlanib və  plenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti