Xəzər Xəbər

Bu yolda piyada zolağının olmaması məktəblilər üçün təhlükə yaradır VİDEO

Veb TV | 15:00 • 21 May 2025
Bu yolda piyada zolağının olmaması məktəblilər üçün təhlükə yaradır

Bakının Sabunçu rayonu, Mübariz İbrahimov küçəsində yolda piyada keçidi üçün nişan olsa da, asfalt üzərində zolaq yoxdur. Bu səbəbdən piyadalar, o cümlədən yaxınlıqda yerləşən məktəbin şagirdləri hər gün yolu qaçaraq, sürətlə gedən avtomobillərin arasından keçməli olurlar. Bu da onların həyatı üçün təhlükə yaradır. 

Məsələ ilə bağlı piyadalar Xezerxeber.az-a şikayət ediblər. Onlar bildiriblər ki, yolun yaxınlığında 67 saylı orta məktəb yerləşir. Yerdəki zolağın olmaması səbəbindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Yolda işıqforun və piyada zolağının olmaması onların həyatı üçün təhlükəli vəziyyət yaradır.

Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti

Çox oxunanlar