Xəzər Xəbər

Azərbaycan - İran münasibətləri yeni mərhələ - Ermənistan marşrutu əhəmiyyətini itirir VİDEO

Veb TV | 21:40 • 19 May 2025
Azərbaycan - İran münasibətləri yeni mərhələ - Ermənistan marşrutu əhəmiyyətini itirir

Azərbaycanla İran arasında münasibətlər yeni mərhələdə inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri isə nəqliyyatdır.

Xezerxeber.az-ın xəbərinə görə, siyasi şərhçi İlyas Hüseynov deyir ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Azəraycanla İranın fokuslandığı Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr regionun inkişafına hesablanıb. Çünki bu dəhliz Fars körfəzini Qara dənizlə birləşdirir.

İlyas Hüseynov deyir ki, Qarabağın işğaldan azad olunması və burada yeni infrastrukturun qurulması da yeni nəqliyyat imkanları yaradır. İran da təbii olaraq başa düşür ki, bu imkanlardan faydalanmaq lazımdır.

İrandan gələn yük maşınları Azərbaycanın müxtəlif ərazilərindən keçən nəqliyyat dəhlizi ilə Qara dənizə çatacaq. Bununla da Ermənistanın İrana təklif etdiyi nəqliyyat marşrutu əhəmiyyətini itirmiş olacaq. 

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar