Xəzər Xəbər

Milli QHT Forumu toplandı - Nələr danışılıb? VİDEO

Veb TV | 22:30 • 19 May 2025
Milli QHT Forumu toplandı - Nələr danışılıb?

Milli QHT Forumu ölkədəki vətəndaş cəmiyyəti institutlarının çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb.

Bu fikirləri Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli qurumun bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.

Milli QHT Forumu İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva Azərbaycanın QHT sektorunda son illər ixtisaslaşmanın güclənməsini vurğulayıb. O, buna nümunə olaraq Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı mübarizə aparan QHT-lərin birləşiməsini göstərib.

İdarə Heyətinin üzvü Zaur İbrahimli isə bildirib ki,  ölkənin QHT sektoru artıq xarici siyasətin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməklə, yeni keyfiyyət qazanıb. İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov da deyib ki, QHT-lərinin dünyaya bu cür çıxışı, beynəlxalq əməkdaşlıq üçün böyük imkanların açılması həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi sayılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar