Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanovun evi hər an uça bilər.
Xezerxeber.az xəbər verir ki, Əmircan qəsəbəsində yerləşən, tarixç-alimin doğulduğu ev yararsız hala düşməkdədir.
Bu barədə “Xəzər Xəbər”ə həmin evdə yaşayan sakin müraciət edib. Abasqulu ağa Bakıxanovun qohumu olduğunu iddia edən şəxs deyir ki, illərdir bu ev tədricən uçub dağılır. Artıq evin divarlarını kiçik bir taxta parçası saxlayır.
Rəşad Mirzəyev deyir ki, evin bərpası ilə bağlı adiyəti üzrə müraciət də ediblər. Lakin nəticəsi olmayıb. İndi isə evin muzey kimi fəaliyyət göstərməsini istəyir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.